BaşlıcaSiyasət

Azərbaycan BMT-nin qətnamələrinə istinad edir, lakin bu qətnamələri həyata keçirməsindən özü imtina edib

ATƏT-in Minsk Qrupu həmsədrləri bir çox dəfə demişdi ki, Artsax münaqişəsini gərginləşdirən tərəf beynəlxalq ictimaiyyət tərəfindən məhkum olunacaq. Bu haqda Estoniyanın Xİ naziri Sven Mikser ilə mətbuat konfransında ER XİN rəhbəri Edvard Nalbandyan bildirib.

“Buna baxmayaraq, Azərbaycan elə göstərir guya bu çağırışlar onun üçün deyil və bunlara məhəl qoymaya bilər. Azərbaycan mexanizmlərin yerləşdirilməsinə qarşıdır, lakin atəşkəsi pozan tərəfi hamımız da bilirik. Vasitəçilər balanslaşdırılmış reaksiya verməyə çalışırlar, lakin onlar da bəzən olduğu kimi hedeflenmiş bəyanatlar etmə məcburiyyətində qalırlar. Düşünürəm ki, beynəlxalq ictimaiyyət də həmişə güc tətbiqi ilə təhdid edən tərəfə qarşı müvafiq addımlar atmasını anladı”,-deyə nazir qeyd edib.

Status-kvonun qəbuledilməz olması ilə bağlı Bakının bəyanatlarını şərh edərək nazir deyib ki, azərbaycanlı rəsmilər bir şeyi diqqət mərkəzində saxlayaraq bunun əsl mənasını itirirlər və tam tərs davranışı göstərirlər. “Status-kvoya gələndə isə, atəşkəsi pozaraq danışıqlar prosesinə kim maneə törədir? Bir şey deyərək bam başqa bir şey edirlər. BMT-nin qətnamələrinə dair isə, 4 qətnamə var, çünki hər birini qəbul etdikdən sonra Azərbaycan bunları həyata keçirməsindən imtina edir. Qətnamələrin əsl məqsədi hərbi əməliyyatların dayandırılmasıdır”,-deyə nazir xatırlatdı.

Nazir əlavə edib ki, ötən il aprel ayında Bakı atəşkəs üzrə sazişini şübhə altında qoymağa cəhd edib və vasitəçilər Azərbaycanı sazişin müddətsiz olduğunu və bunun şərtlərinə sadıq qalma zərurətliyini xatırlatdılar.

Daha çox göstər
Back to top button