Təhlil

Azərbaycanlı ekspert: Bakı bu günə qədər İŞİD-i terror təşkilatı kimi tanımayıb

Bakı bu günə qədər İŞİD-i terror təşkilatı kimi tanımayıb. “Qafqaz.ir” saytının verdiyi məlumata görə, bunu azərbaycanlı ekspert İlham İlham İsmayıl bildirib.

Azərbaycanlı ekspert Tehranda baş verən terror aktlarına toxunaraq deyib ki, “İŞİD ABŞ-da və Rusiyada terror təşkilatı kimi hesab edilir. Azərbaycan isə, bu günə qədər İŞİD-i rəsmi olaraq terror təşkilatı kimi tanımayıb. Məsələmiz bu cür terror təşkilatlarına qarşı mübarizə etməkdir”.

Xatırladaq ki, İİR Ərdəbil vilayətində İranın ali liderinin nümayəndəsi Ayətullah Seyid Həsən Ameli Azərbaycanda işləyən İslam ekstremist qrupları üzrə nöbəti hesabatında İŞİD terror təşkilatının Azərbaycandakı mövcudluğunun İranın Ərdəbil vilayəti üçün təhlükə olmasına dair öz narahatlığını ifadə etmişdi.

Daha çox göstər
Back to top button