İctimaiyyət

Əhalinin həyat səviyyəsi 50 faiz pisləşib

“Bu dəhşətli mənzərəni açıqlanan rəsmi məlumatlar əsasında aparılmış hesablamalar təsdiq edir. Ötən ilin 1 aprel tarixindən bu ilin 1 aprel tarixinədək olan dövrdə ölkəmizdə həyat səviyyəsi kəskin şəkildə pisləşib.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə bu ilin yanvar-mart aylarında ölkə üzrə orta aylıq əmək haqqı 5,9%, istehlak mallarının qiymətləri isə 13,2% artıb. Əgər bu məlumatlarla kifayətlənməli olsaq, əhalinin alıcılıq qabiliyyətinin ötən bir ildə 7,3% (13,2-5,9=7,3) pisləşməsi məlum olar.
Fəqət dövlət büdcəsinin icrasına dair Malliyyə Nazirliyinə istinadən yayılan məlumatlar ölkə üzrə əməyin ödənişi sahəsində çox ciddi problemlərin yaşanmasını ortaya çıxarıb.
Həmin məlumatlardan aydın olub ki, bu ilin ilk üç ayında fiziki şəxslərdən toplanmış gəlir vergisinin məbləği əvvəlki ilin yığım göstəricisindən 36,8% az olub (bu il 204,6 milyon manat, ötən il 323,9 milyon manat gəlir vergisi toplanıb).
Bu yalnız və yalnız o halda mümkündür ki, ölkə üzrə vergiyə cəlb olunmuş əmək haqqı fondu, başqa sözlə, ödənilmiş əmək haqlarının ümumi səviyyəsi 36,8% azalmış olsun, əgər gəlir vergisinin hesablanmasının və vergiyə cəlb olunan əmək haqqı məbləğinin müəyyən olunmasının ötən il tətbiq olunmuş qaydasında bu il dəyişiklik olmazsa.
Lakin belə bir qayda dəyişikliyi olub. Dövlət başçısının imzaladığı qanunla ölkədə yaşayış minimumu bu ilin əvvəlindən 155 manata qaldırılıb (ötən il bu göstərici 136 manat olub). Gəlirləri 2500 manatadək olan fiziki şəxsləri təsiri altına alan bu dəyişiklik onlardan toplanan gəlir vergisinin ümumi yığım səviyyəsinə azaldıcı təsir göstərir. Gəlirləri 2500 manatdan yüksək olan gəlir vergisinin ödəyiciləri isə bu dəyişikliyin təsiri altına düşmür”,- Azadliq.info-nun məlümatına görə bu haqda Nemət Əliyev-in facebook sahifəsində yazılmışdır.

Daha çox göstər
Back to top button