Azərbaycanlı müxalifi ölkədə hakimiyyətlərinin təzyiqlərinin artırılmasına işarə edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennak Azərbaycanda səfərdədir.
Həmməruzəçilər iyunun 12-də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi (AXCP), Müsavat və Liberal partiyalrının, REAL Hərəkatınəın rəhbərləri ilə görüşüb.
AXCP sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib ki, ilk növbədə Azərbaycanda son repressiya dalğası ilə bağlı danışıb. Bu haqda azadliq.info məlümat verir.
“Azərbaycanda repressiyalar heç zaman dayanmayıb. Amma, son aylar ərzində yeni repressiya dalğası müşahidə edirik. Unsan haqlarının onusuz da pis olan vəziyyəti daha da pisləşib. Həbslərin sayı artıb. Mətbuata qarşı təzyiqlər ən yüksək həddə çatıb. Bunların hamısısnı AŞPA məruzəçiləri ilə müzakirə etdik. Xüsusilə, Gürcütanla bağlı baş verənlər, Əfqan Muxtarlı (mayın 29-da Gürcüstanda müəmmalı şəraitdə yoxa çıxaraq Azərbaycanda həbs edilən jurnalist-red) və Gözəl Bayramlının (AXCP sədrinin müavini) həbsi ayrıca müzakirə mövzusu olıdu. AŞPA məruzəçilərinin bu mövzuya xüsusi marağı var idi”, o qeyd edib.