Siyasət

ER və Aİ hava nəqliyyatı haqqında sazişi ilə bağlı danışıqların ikinci mərhələsinə keçirlər

ER Hökumətinin yanında Mülki Aviasiya Baş İdarəsinin rəisi Sergey Avetisyan 2017-ci il iyunun 14-18-dək rəsmi səfərilə Brüsseldə olacaq.

Səfər çərçivəsində Mülki Aviasiya Baş İdarəsinin rəisi Avropa hava naviqasiya təhlükəsizlik təşkilatının xüsusi şurasının iclasında və ER-Aİ arasında Hərtərəfli hava nəqliyyatı haqqında sazişin texniki məsələlərinə dair müzakirələrində iştirak edəcək.

ER və Aİ Hərtərəfli hava nəqliyyatı haqqında sazişin texniki məsələləri üzrə müzakirələrdə sazişin bir sıra maddələri, o cümlədən danışıqların ikinci mərhələsinə keçmə hazırlığı müzakirə olunacaq.

Daha çox göstər
Back to top button