Ermənilərin davranışına heyran oldum: JİCA sədri Şiniçi Kitaoka
ER Fövqəladə hallar naziri Davit Tonoyan və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) sədri Şiniçi Kitaoka ER Lori rayonunun Spitak şəhərinə gedərək 1988-ci ildə Sptakda və 2011-ci ildə Şərq Yaponiyada baş vermiş zəlzələ qurbanlarına həsr edilmiş xaçkarların yanında qurbanların xatirəsini yad ediblər.
ER Fövqəladə Hallar Nazirliyi Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə 2007-ci ildən əməkdaşlıq edir və bir neçə proqramlar həyata keçirir. Proqramların məqsədi fəlakətlər riskinin azaldılmasıdır. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin sədri Şiniçi Kitaoka öz çıxışında qeyd edib ki, öz vətənindən o qədər uzaq bir ölkədə ermənilərin Yaponiyada baş vermiş fəlakət qurbanlarının xatirəsini yad etməsindən təsirlənmişdir.
“Bu gün zərzələdən zərərçəkmiş bir ölkədəyəm və nə yaşadığınızı yaxşı anlayıram. 2011-ci ildə baş vermiş zərzələ və tsunamidən sonra Ermənistandan gələn yardım və qurtarma qrupu göndərmə təklifləri üçün çox təşəkkür edirəm. Olkələrimiz arasında olan əməkdaşlığın daha da gücləndirilməsini istəyirəm”,-deyə o qeyd edib.