BaşlıcaSiyasət

Tacikistan Prezidentinin təyyarəsi Yerevanda endi

Tacikistan Prezidenti Emomali Rahmon Ermənistana gəlib. “Zvartnots” beynəlxalq hava limanında onu ER xarici işlər naziri Edvard Nalbandyan qarşıladı. Emomali Rahmon Ermənistana ER Prezidenti Serj Sarkisyanın dəvəti ilə gəlib. O, iyunun 14-15-dək Ermənistanda olacaq.

Səfər çərçivəsində Yerevanda Ermənistan inkişaf fondu tərəfindən təşkil edilmiş Ermənistan-Tacikistan biznes forumu keçiriləcək.Səfər çərçivəsində Tacikistan Prezidenti ER yüksək səviyyəli rəhbərliyi ilə görüşəcək.

Ermənistan-Tacikistan yüksək səviyyəli deanışıqlardan sonra sənədlər imzalanacaq. Prezidentlər Serj Sarkisyan və Emomali Rahmon KİV-lərə danışıqlar nəticələrini yekunlaşdıran bəyanatla çıxış edəcəklər.

Daha çox göstər
Back to top button