Təhlil

Azərbaycanın qeyri-konstruktiv siyasəti insanlara Artsaxı tanımağa imkan verir: Davit Babayan

Artsax Prezidentinin mətbuat katibi Davit Babayan Tert.am-ə müsahibədə change.org tərəfindən keçirilmiş Avropa Şurasını Artsaxa dəstək verməyə çağıran imza toplanışına toxunaraq deyib ki, bu cür hər hansı təşəbbüsün sosial təbiəti vardır. O qeyd edib ki, əgər bu təşəbbüslər beynəlxalq ictimaiyyətə Artsaxı daha yaxşı tanımağa töhfə verirlərsə, bu müsbət bir şeydir.

Davit Babayanın sözlərinə görə, demokratik normalar var və 1000 imza olduğunda Avropa Şurasının sədri qeyd etmə məcburiyyətində qalacaq, lakin bu demək olmur ki, Avropa Şurası dərhal addımlar atacaq.

“Azərbaycanın qeyri-konstruktiv siyasəti insanların Artsaxı daha yaxşı tanımasına imkan verir. Bu cür təşəbbüslər isə, Artsaxın necə bir ölkə olduğunu göstərirlər”,-deyə o qeyd edib.

Davit Babayanın fikrincə beynəlxalq təşkilatların Artsaxa qarşı olan maraqı böyüyüb. Məsələn turistlərin sayısı 2015-ci ildən bu yana artıb. 2015-ci ildə isə, ən çox sayı qeyd olunmuşdu. Turistlərin əksəriyyəti qadın və uşaqlardır. Bu da göstərir ki, Artsaxda onlar özlərini təhlükəsiz hiss edirlər. Söz erməni turistlərdən getmir. Xarici turistlərin Artsaxa ziyarətləri artıb”,-deyə Babayan bildirib.

Daha çox göstər
Back to top button