Siyasət

Tacikistan Prezidenti DQ münaqişəsinin nizamlanmasının ən konstruktiv yolu danışıqlardır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ən konstruktiv yolu danışıqlardır.

Bu haqda Tacikistan prezidenti Emomali Rahmon ER Prezidenti Serj Sarkisyanla görüşdən sonra KİV-ə etdiyi bəyanatda deyib.

“Regional problemlərin müzakirəsində biz Əfqanistan münaqişəsi haqqında danışıb, regiondakı bəzi ölkələrdəki proseslərin pisləşməsi barədə narahatlığımızı bildirmişik. Sülhün təmin edilməsi təcrübəsimizlə biz mövcud münaqişələrin sülh prinsipləri ilə nizamlanmasını təşvik edirik. Əminik ki, Dağlıq Qarabağ münaqişəsinin nizmlanmasının ən konstruktiv yolu danışıqlardır”, – deyərək Rahmon qeyd edib.

Tacikistan prezidenti əlavə edib ki,  ER Prezidentlə beynəlxalq gündemdəki bir neçə məsələni müzakirə edib.

“Regional sabitliyin və təhlükəsizliyin möhkəmləşdirilməsi diqqətimizin mərkəzindədir. Biz BM, MDB, ATƏT, KTMT çərçivəsində  bu istiqamətdə iki tərəfli əməkdaşlığın perspektivlərini müzakirə etmişik. Tərəflər qlobal təhdirlər, teror, narkotiklərin daşıması, başqa cinayətlərə qarşı mübarizədə əməkdaşlığın möhkəmləşdirilməsinə hazır olduqlarını bildirib”, – deyərək o vurğulayıb.

Daha çox göstər
Back to top button