Ekonomika

Vahid Məhərrəmov: Hakimiyyətin düşünülməmiş, yarıtmaz siyasəti ölkə iqtisadiyatına çox ciddi sarsıdıcı zərbələr vurur

Hakimiyyətin düşünülməmiş, yarıtmaz siyasəti ölkə iqtisadiyatına çox ciddi sarsıdıcı zərbələr vurur. Bu barədə ekspert Vahid Məhərrəmov bildirib.

O, qeyd edib ki, son zamanlar təbii biçənək, örüş ərazilərinin və yem bitkiləri sahələrinin azaldılması hesabına pambıqçılığı, baramaçılığı, tütünçülüyü inkişaf etdirmək yolu seçmiş hakimiyyət nəinki bu sahələrdə irəlləyiş əldə edə bilmədi, əksinə, ölkənin ərzaq təhlükəsizliyinin təminatında çox əhəmiyyətli sahə olan heyvandarlığı çıxılmaz, kritik duruma saldı.

“Son illərdə örüş, təbii biçənək sahələri 150 min hektardan çox azaldılmışdır. Bu da öz növbəsində heyvandarlıq məhsullarının istehsalının kəskin azalmasına və ət, süd məhsullarının idxalının ciddi artımına səbəb olmuşdur. Belə ki, 2013-cü ildə ölkəyə 15,1 milyon dollar dəyərində ət və ətməhsulları idxal olmuşdursa, 2016-cı ildə bu göstərici 2,5 dəfə artaraq 38, 6 milyon dollar təşkil etmişdir. Üç il əvvəl, 2013-cı ildə ölkəyə 64 milyon dollar dəyərində süd və süd məhsulları idxal olunduğu halda, keçən il bu rəqəm 93, 1 milyon dollara qədər artmmışdır.

Dövlət Gömrük Kömitəsinin məlumatına əsasən, bu ilin 5 ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2 dəfə, kəsim üçün diri heyvan idxalı 45 faiz, süd 77 faiz, heyvan mənşəli məhsulların idxalı isə 2,2 dəfə artmışdır. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, son günlər otun qiyməti 2,5 dəfə bahalaşıb. İndiki halda otun qiymətinin kəskin bahalaşması bu sahədə daha ciddi problemlərin olacağından xəbər verir”, – Vahid Məhərrəmov bildirib.

Ekspertin dediyinə görə, yaxın günlərdə heyvandarlıq məhsullarının istehsal xərcinin kəskin artması istehsalın ciddi azalmasına və əldə olunan malın, məhsulun qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Bu isə o deməkdir ki, yaranmış vəziyyətdən bu məhsullar üzrə istehsalda və idxalda inhisarçı mövqe tutan oliqarx-məmurlar faydalanacaq.

azadliq.info

Daha çox göstər
Back to top button