İctimaiyyət

Ərdoğan ABŞ-a etiraz etdi

Türkiyə prezidenti Rəcab Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı yaşanan olaylarla bağlı 12 mühafizəçisi barədə həbs qərarı çıxarılmasına münasibət bildirib.

Ərdoğan ABŞ-ın belə bir qərarını tənqid edib.

“Onlar mәnim mühafizәçilәrimdәn 12 nәfәri haqqında hәbs qәrarı çıxarıblar. Bu necә qanundur. Әgәr bu mühafizәçilәr mәni qorumayacaqsa, niyә onları özümlә Amerikaya aparıram?”- deyə o qeyd etdi.

Qeyd edək ki, Vaşinqton polisinin rəhbəri Piter Nyuzem və mer Myurel Bouzer keçirdikləri birgə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika paytaxtındakı qarşıdurmada iştirak etmiş mühafizəçilərinin həbsinə dair order verdiklərini bildiriblər.

Ərdoğanın axtarışa verilən mühafizəçilərinin sayı 9 nəfərdir. Onlardan üçü türk polisinin zabiti, daha ikisi isə Kanada vətəndaşlarıdır.

Daha çox göstər
Back to top button