
Azərbaycan xəbərdarlıq etmədən böyük hərbi təlimlər keçirərək beynəlxalq razılaşmaları nöbəti dəfə poxub.
ER XİN mətbuat katibi Tigran Balayan Azərbaycan KİV-lərində təlimlərlə bağlı yayılmış məlumatlara toxunaraq NEWS.am-in müxbirinə müsahibədə deyib ki, beləliklə 2011-ci il Vyana razılaşması pozulub. “Heç bir xəbərdarlıq olmayıb”,-deyə XİN mətbuat katibi qeyd edib.
Azərbaycan KİV-ləri məlumat verirlər ki, iyunun 19-da Azərbaycanda genişmiqyaslı operativ-taktiki təlimlər başlanacaq. Təlimlərdə 23 min şəxsi heyət, 120-dək tank, zirehli texnika, 180-ə kimi müxtəlif çaplı raket və artilleriya qurğusu iştirak edəcək.
Bundan əlavə, təlimlərə reaktiv yaylım atəş sistemi, minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları da cəlb olunacaq.
Təlimlərin iyunun 24-nə kimi davam edəcəyi gözlənilir.