İctimaiyyət
Azərbaycan SQ əsgəri ölüb

İyunun 16-da “Erməni tərəfinin açdığı atəş nəticəsində” Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Şahvələdov Sultan Niyaz oğlu həlak olub.
Bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
Sosial şəbəkələrdən alınan məlumata görə, hərbi qulluqçu Azərbaycanın şimal-şərqində yerləşən Qusar rayonunun Suvacal kənd sakinidir.
Əlavə edək ki, 2017-ci il yanvarın 1-dən bu günədək açıq mənbələrdən Azərbaycan ordusunun 32 hərbçisinin ölməsini bəlli olub.