Ekonomika

Ermənistanda turistlərin sayı artıb, istirahət şəraitlərindən məmnun qalırlar

Bu il 2016- cı il ilə müqayisədə turizm sektorunda olduqca böyük artış qeyd edilib.

Bu haqda jurnalistlərlə görüşündə Mehmanxanalar assosiasiyası sədri Hakob hakobyan deyib.

“Rəsmi məlümatlara görə, birinci üç ayda təxminən 20 faiz artış qeyd edilib, ikincisində də bu qədər artış olacaq. Bunun səbəblərindən biri də biletlərin bir az ucuzlaşmasıdır”, – deyə o qeyd edib.

Mehmanxanalar assosiasiyası sədrinə görə, Ermənistana keçmiş Sovet İttifaqı ölkələrindən, İrandan, ərəb ölkələrindən səfər edir. Filippindən ziyarətçilərin sayı da artıb.

Hakob Hakobyan həmçinin vurğulayıb ki, Ermənistanda mehmanxana xidmətləri gənişləşdirilir. Son illərdə yeni beynəlxalq markaları olan mehmanxanalar da inşa edilib.

Hakobyan qeyd edib ki, əsasən turistlər Ermənistanda istirahətindən məmnun qalır.

 

Daha çox göstər
Back to top button