Təhlil

M.Mailyan: “Siyasi məsələlər barədə danışmaq mümkün olar yalnız, əgər əmin olsaq ki, DQ konfliktinin nizamlanmasında müharibə perspektivi qapalıdırsa”

Beynəlxalq cəmiyyətin Dağlıq Qarabağ münaqişəsi ətrafında yanaşmaları köhnəlmişdir.

Tert.am ilə söhbətində bu haqda DQR Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri ,DQR keçmiş Xİ naziri Masis Mayilyan bəyan edib.

“Madrid prinsipləri və digərləri köhnədir.Biz gərək həmin məntiqdən kənara çıxaq. Yeni danışıq məntiqi lazımdır xüsusən dörd günlük aprel müharibəsindən sonra. Məsələnin nizamlanması irəliləyişini qeyd etmək üçün gərək beynəlxalq cəmiyyət yeni yanaşmalar təsvir etsin”-deyə Masis Mailyan bəyan etdi.

DQ Prezidentinin xüsusi tapşırıqlarla səfirin sözlərincə Artsax məsələsində tərəflər 1991-ci ilin dekabrında varis etdikləri prinsiplərlə davam edir.

Halbuki, 2008-ci iildən sonra haçan ki, Kosovo tanınıldı , vəziyyət Abxaziya, Cənubi Asetiya ətrafında dəyişildi, həmin prinsiplə köhnəlmiş oldu.

Masis Mailyan qeyd etdi ki, məsələnin nizamlanmasının əsas cavabdehləri tərəflərdir, ATƏT Minsk qrupu həmsədrlərisə müdaxiləçilərdir. Bununla belə onlardan çox şey asılıdır.

Daha çox göstər
Back to top button