Siyasət

Artsaxda rəqibin atəşlərindən hərbiçi həlak olub

Rəqib tank əleyhinə qumbaraatanlardan və mərmiatanlardan iyunun 16-da saat 18:05 radələrində atəşkəsin qorunması rejimini pozaraq MO mərkəzi qoşun bölmələrindən birinin istiqamətində atəş açmışdır.

Artsax Respublikasının Müdafiə nazirliyinin informasiya xidmətindən verilən məlumata görə rəqibin atəşlərindən MO ordu xidmətçiləri Arayik Rudiki Matinyan (1997-ci il),Viqen Jirayri Petrosyan (1997-ci il) və Vardan Tsovaki Sarkisyan (1997-ci il) ölümcül yaralanmışlar.

Hadisənin təfərrüatlarına aydınlıq gətirmək üçün yoxlanış aparılır.

Artsax Respublikasının Müdafiə nazirliyi itkinin ağır kədərini bölüşür və həlak olmuş hərbiçilərin ailələrinə, doğmalarına və silahdaşlarına səbr və təmkinlik diləyir.

Daha çox göstər
Back to top button