İctimaiyyət

Livan mətbuatı da hakimiyyətin repressiyasından yazır

Livanın Lorientlejour saytı Azәrbaycanda baş verәn repressiylardan yazıb.

Bu haqda Azadliq.info yazır.

Avropa Parlamentinin Әfqan Muxtarlının, eyni zamanda bütün siyasi mәhbusların dәrhal vә qeyd-şәrtsiz azad edilmәsi üçün Azәrbaycan hökumәtinә çağırış ediyini yazıb. Sayt yazır ki, İlham Әliyev dәfәlәrlә ölkәsindә insan haqlarının pozulması, azad mәtbuata tәzyiq edilmәsi ilә bağlı ittihamları rәdd etsә dә, orada insan haqları vә azadlıqlar daim pozulur. Sayt Әfqan Muxtarlının İlham Әliyevi araşdırdığı üçün tәzyiqlәrә mәruz qaldığını vә 2015-ci ildәn Gürcüstana sığındığını, bu il may ayının 30-da oğurlanaraq Azәrbaycana gәtirildiyini, döyüldüyünü, sәrhәddi qanunsuz keçmәkdә, ölkәyә gizli valyuta gәtirmәkdә ittiham edilәrәk haqqında 3 aylıq hәbs qәrarı çıxarıldığını yazıb.

Sayt Beynәlxalq Әfv Komissiyasının Әfqan Muxtarlının dәrhal azad edilmәsini vә bu oğurlanmanın böyük cinayәt olduğunu açıqlamasını da qeyd edib.

Daha çox göstər
Back to top button