Siyasət

Sərhəddə baş verən hadisə terror aktı idi və cavabsız qalmayacaq: Davit Babayan

Sərhədlərdə vəziyyət tam nəzərət altındadır və Müdafiə Ordusu strateji təşəbbüsləri əllərində saxlamaqdadır. Bu haqda Tert.am-ə müsahibədə Artsax Respublikası Prezidentinin mətbuat katibi Davit Babayan bildirib.

İyunun 16-da sərhəddə qeyd olunan hadisəyə və bunun nəticəsində erməni tərəfinin verdiyi 3 itkisinə gəlincə isə, Davit Babayan deyib ki, “Baş verən hadisə nöbəti terror aktı idi. Rəqib yinə də eyni namərd addımları ataraq müxtəlif silahlardan istifadə edir. Yəni hər gün olduğu kimi. Bizim üçün itki vermək bir faciədir. Hazırda bütün Artsax 3 qurbanımız üçün yas edir. Bu gənclər  rəqibin terror aktları nəticəsində həyatlarını itiriblər. Əlbəttə ki, bu cavabsız qalmayacaq”.

Sərhəddəki gərginliyin səbəbi həmişə olduğu kimi ya bayramlardan öncə ya da diplomatik və ya rəsmi səfərlərdən öncə olur. Bu hadisə bələ bir məqsəd daşıyırdı, çünki həmsədrlər Bakıya səfər edəcəklər.

“Bəli, yaxında həmsədrlər Bakıya gedəcəklər. Bundan başqa, Naxicevanda hərbi təlimlər keçirilmişdi”,-deyə Babayan qeyd edib.

Daha çox göstər
Back to top button