Beynəlxalq

Siyasi məhbusların azadlığı üçün Azərbaycan hakimiyyətinə növbəti çağırış

Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun Daimi Komitəsi öz bəyanatında Avropa Parlamentinin Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı 15 iyun tarixli qətnaməsini müsbət qiymətləndirir.

Gürcüstan, Azərbaycan və Avropa İttifaqının ali rəhbərliyinə ünvanlanmış bəyanatda Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti “Gürcüstan hökuməti tərəfindən oğurlanma faktının ətraflı araşdırılmasını həyata keçirməyə” çağırıb.

Həmçinin, Avropa Parlamentinə qətnamədə adı yad olunan siyasi məhbuslardan başqa, Əziz Orucovun – “Kanal-13” internet televiziyasının Bakı menecerinin qanunsuz sahibkarlıq ittihamı ilə həbsinə də diqqət yetirmək çağırışı yer alır.

Forum həmçinin Azərbaycan hakimiyyətinə keçmiş vicdan məhbusu, hüquqşünas İntiqam Əliyevin yüksək arterial təzyiqin müalicəsi üçün xaricə çıxmasına icazə vermək çağırışı ilə müraciət edir. Qeyd olunur ki, ölkədən çıxışın qadağan edilməsi onun hüquq müdafiəçisi kimi peşə fəaliyyətini davam etdirməsinə də imkan vermir.

azadliq.info

Daha çox göstər
Back to top button