Beynəlxalq

Üç fransalı erməni ilk dəfə Fransa Parlamentində deputat seçiliblər

Bu gün Fransadakı erməni icmasının tarixində yeni və böyük səhifə açılıb. Bu haqda öz Facebook səhifəsində fransalı erməni sosial işçi Armen Avagyan yazıb.

O qeyd etdi ki, Fransa Prezidenti Emanuel Makroninin «İrəli, Respublika» partiyasından üç fransalı erməni ilk dəfə Fransa Parlamentinin deputatı seçiliblər.

Seçilmiş deputatlar Parisdən Jan Marilosyan, Liondan Daniel Kazaryan, Şatr şəhərindən 30 yaşlı Qiyom Kasabyandır. Həyat yoldaşı erməni olan Nadya Esayan da Vierzon şəhərindən seçilib.

Fransa Prezidenti Emanuel Makroninin «İrəli, Respublika» partiyası Parlament seçkilərində qazanıb.

Daha çox göstər
Back to top button