Siyasət

Azərbaycan SQ-nın kəşfiyyatçısı məhv edilib

İyunun 17-i Ağdamın “N” saylı hərbi hissəsində xidmət edən 32 yaşlı kəşfiyyatçı Ruslan İlham oğlu Ocaxverdiyevin vəfat etdiyi deyilir. Ruslan Ocaxverdiyev Şəkinin Şirinbulaq kənd sakinidir.

Meydan TV-yə məlumatı əsgərin yaxınları verib. Onlar əsgərin naməlum səbəbdən öldüyünü bildiriblər:

“Hadisənin necə olması, təfərrüatı ilə bağlı bilgi verilməyib”. Meydan TV xəbərin doğruluğunu yoxlamaq üçün Şəki şəhər İcra Hakimiyyətinin Şirinbulaq kənd üzrə nümayəndəsi Tapdıq Dostuyevlə əlaqə saxlayıb. O, xəbəri təsdiqləyib. Ancaq əsgərin ölüm səbəbini dəqiqliyi ilə bilmədiyini deyib.

Bununla bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Daha çox göstər
Back to top button