Bakıda saxlanılan Marat Ueldanov-Qalustyan: “Burada heç kes mənimlə hesablaşmır”

Nəhayət, Bakı Apellyasia Məhkəməsində qardaşımın işi üzrə oturum keçiriləcək. Oturum iyunun 23-də keçiriləcək. Bu haqda Tert.am-a müsahibəsində Bakıda saxlanılmış Marat Ueldanov-Qalustyanın bacısı Mariam Mirzoyan bildirib.
“Marat ilə telefon danışığı zamanı o anlatdı ki, cəzasını çəkmək üçün Rusiyaya ekstradisiya olunması məqəsdiylə Azərbaycanın Ədliyyə Nazirliyinə məktub yazıb. Bundan başqa o, Rusiya səfirliyinə də məktub yazıb. Məktubda yazıb ki, o Azərbaycanda Rusiya Konsulluq İdarəsinin sədri Olga Yulieva ilə görüşmək istəyir, lakin onun tətbiqləri ünvan səhiblərə verilməyib”- deyə o qeyd etdi.
Mariana Mirzoyan qeyd etdi ki, qardaşının sözlərinə görə, təcridxananın müdiri dedi ki, onun məktubləri heç kimə verilməyəcək. “Nələr baş verir? Mənim bunları bilmək hüququm var, lakin burada heç kes mənimlə hesablaşmır”- deyə o qeyd etdi.
Qeyd edək ki, keçən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra M. Ueldanovun bacısı Marianna Mirzoyana dedi ki, M. Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.
Avstriyanın “Do&co” şirkətinin əməkdaşı olan Ueldanov Bakıda keçirilən “Formula 1” yarışları zamanı qida təşkili məsələləri ilə məşğul olub.
Bacısı bildirib ki, Marat 1982-ci ildə Bakıda anadan olub: “Pasportuna erməni soyadı yox, həyat yoldaşının soyadı yazılıb. O, 2015-ci ilin martında Birinci Avropa Oyunlarında çalışıb. 2016-cı il iyunun 6-da çalışdığı “Do&co” şirkəti vasitəsilə Bakıya göndərilib. Bakıya gələndən sonra onunla əlaqə qurmaq mümkün olmayıb”.
Erməni əsilli Rusiya vətəndaşı 8 il azadlıqdan məhrum edildi.