Siyasət

Ermənistan və İtaliya fövqəladə hallar sahəsində əməkdaşlığı genişləndirəcəklər

ER Fövqəladə Hallar naziri Davit Tonoyan İtaliyanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Covani Riçullini qəbul edib. Nazirliyin yaydığı rəsmi bəyanatında qeyd olunur ki, “Görüş zamanı fövqəladə hallar və mülki müdafiə sahələrində Ermənistan-İtaliya əməkdaşlığın genişləndirmə və derinləşdirmə imkanları müzakirə olunub.

İki ölkə ərazisində baş vermiş təbii və texnogen fəlakətlərin proqnozlaşdırılma, qarşısını alma, azaltma sahələrində ikitərəfli əməkdaşlığın təmin olunması nəzərdə tutulur. ER Fövqəladə Hallar naziri iki ölkə arasında mülki müdafiə sahəsində əməkdaşlığın geniş imkanlarını vurğulayaraq qeyd edib ki, İtaliyanın ilk tibbi yardım və psixoloji yardım məsələlərində olan təcrübəsi Ermənistanda mülki müdafiə sahəsində həyata keçirilən islahatlar prosesi üçün olduqca faydalı ola bilər.

Nazir Tonoyan fövqəladə hallar sahəsində Ermənistan və Avropanın digər ölkələri arasında əməkdaşlığın fəallaşdırma prosesində İtaliyaın roluna əhəmiyyət verib”.

Daha çox göstər
Back to top button