İctimaiyyət

Təkbaşına piket keçirən şəxs 30 günə qədər həbs edilə bilər

Dünən metronun “28 May” stansiyası qarşısında təkbaşına piket keçirdiyinə görə saxlanılmış Xalq Cəbhəsi Partiyasının fəalı Füzuli Hüseynova qarşı polisə tabe olmamaq ittihamı ilə inzibati iş açılıb.

Hüseynov həbsdə saxlanılır və bu gün məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

O, 535.1-ci (polisə tabe olmama) maddə ilə onu pul cəriməsi və 30 günə qədər inzibati həbs cəzası gözləyir.

Hüseynov siyasi məhbusların azad edilməsi tələbi ilə etiraz aksiyası keçirib. O, bütün siyasi məhbusları azad etmək tələbi yazılan plakat qaldıraraq səssiz dayanırdı.

 

Daha çox göstər
Back to top button