Təhlil

Azərbaycanlılar öz MN-nın yaydığı yalanı təkzib edirlər: ER-da itkin düşmüş vətəndaşla bağlı məlumat yoxdur

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı yalanı azərbaycanlılar bilə təkzib edirlər. Erməni tərəfinin diversiyaya cəhd etdiyinə və bir hərbçinin əsir düşdüyünə dair rəsmi bəyanatına rəğmən  azərbaycanlı Xasim Masimov öz facebook səhifəsində yazıb ki, Ermənistan-Azərbaycan sərhədini 50 yaşlı ER vətəndaşı keçib. O qeyd edib ki, mülki şəxs sərhədi Azərbaycanın Kəmərli kəndindən keçib. Onu yerli sankinlər tapıblar, sonra hərbçilərə xəbər veriblər. Hərbçilər isə, sərhədi keçən adamı alıblar və onu diversant kimi təqdim ediblər.

ER polisində Tavuş rayonundan ER vətəndaşının itkin düşdüyünə dair heç bir məlumat yoxdur. Bu haqda “Armenpress”-ə ER polisinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər. “Biz vətəndaşın itkin düşdüyünə dair heç bir məlumat almadıq, sərhədi keçdiyinə dair də heç bir məlumat verə bilmirik”.

Maraqlıdır ki, azərbaycanlı digər istifadəçilər də Masimovun yazdığına reaksiya verərək yazıblar ki, sərhədi keçən adamı Bakıya götürəcəklər və sonra çobanı məşhur erməni politoloq və ya jurnalist kimi təqdim edəcəklər. Digərləri isə, qeyd ediblər ki, Ermənistan-Azərbaycan sərhədinin bu sektorunda kəndlər arasındakı uzunluq 5-6 kilometrdir və itmək asandır.

ER Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bəyan edib ki, diversiyaya və hərbçinin əsir düşdüyünə dair yayılmış məlumat həqiqətə uyğun deyil. “Azərbaycan MN nöbəti dezinformasiyanı yayıb. Erməni SQ heç bir diversiya törətmədi və heç bir hərbçi əsir düşmədi”,-deyə o qeyd edib.

Daha çox göstər
Back to top button