İctimaiyyət

Aprel döyüşlərində yaralanan azərbaycanlı əsgərin müalicəsi yarımçıq qalıb – Qardaşı məmurları qınadı

Röyal Şükürov: “Təəssüf ki, səlahiyyətli şəxslər görməzdən gəlir”

2016-cı ildə aprel doyüşlərində başından yaralananan hərbi qulluqçu  Yaşar Ağayevin müalicəsi yarımçıq qalıb. Bu haqda onun qardaşı Royal Surxay sosial şəbəkədə məlumat yayıb.

“Beş dəfə başında əməliyyat olunub, daha bir əməliyyata ehtiyacı var. Bu əməliyyat Türkiyədə keçırılməlidir. Lakin cenab prezidentimiz İlham Əliyev cənablarının və vitse-prezidentimiz Mehriban Əliyeva xanımın aprel döyüşlərində yaralanan qazilərin müalicəsiylə bağlı verdiyi tapşırıq hələ də yerinə yetirilmir. Məmurlar hələ də bu işlərə səhlənkarlıqla yanaşır”, – qazinin qardaşı bildirib.

“Qardaşım hələ də hospitalda yatır, başından dəyən güllə sol tərəfini iflic etdiyindən sol yuxarı və aşağı ətrafları hərəkətsiz qalıb və reabilitasiya keçməsinə ehtiyac var. Əgər yaxşi reabilitasiya mərkəzlərində müalicə alarsa, hərəkəti bərpa ola bilər. Təəssüf ki, səlahiyyətli şəxslər görməzdən gəlir”, – Röyal Şükürov bildirib.

Bastainfo.com

Daha çox göstər
Back to top button