Ermənistan enerji sektrounda regioanal mərkəz kimi olacaq

İran-Ermənistan və Ermənistan-Gürcüstan hava elektrik xətlərinin tikintisindən və istismara verildikdən sonra Ermənistan enerji sektorunda regioanl mərkəz kimi çıxış edərək, İran, Gürcüstan və Rusiya enerji sitemlərini birləşdirəcək.
Hökumətin növbəti beş ilin planında qeyd edilir ki, İran-Ermənistan və Ermənistan-Gürcüstan hava xətləri 2019-cu ilin sonunda istismara veriləcək. Bu haqda Ermənistan Respublikasının Enerji İnfrastrukturalar və təbii ehtiyatlar Nazirliyindən məlumat verilib.
İran-Ermənistan 400 KV xətti layihəsinin çərçivəsində, 2017-2018-ci il ərzində dayaq sütunun və məftillərin quraşdırılması, eləcə də yarımstansiyanın tikintisinin tamamlanması gözlənilir.
Xətti və yarımstansiyası 2019-cu ildə istismara veriləcək. Bu xətti İranla enerji vəsaitlərinin 3 dəfə artırmağa imkan verəcək. Hökumət ilin sonuna qədər Ermənistan-Gürcüstan 400 KV hava xəttinin dizyan işlərinə başlamaq niyyətindədir. Layihənin həyata keçirilməsi işləri 2019-cu ildə sona çatacaq.