Siyasət

Jurnalist Kamran Mahmudov sərhəddə saxlanıb

Jurnalist Kamran Mahmudov iyunun 22-də səhər saatlarında Azərbaycan-Gürcüstan sərhəddində Azərbaycan Sərhəd Xidməti tərəfindən saxlanılıb. Bu barədə onunla birgə olan vəkil Cavid Rzazadə Turan-a bildirib.

Vəkilin dediyinə görə, Sərhəd Xidmətində jurnalistə polis tərəfindən axtarışda olduğu deyilib.

“Sonra polis gəldi və Mahmudovu Qazax rayon Polis şöbəsinə gətirdilər. Orada dedilər ki, üzərinə baxış keçiriləcək. Əvvəlcə mən Kamranla birgə polis şöbəsində idim. Lakin sonradan məni polis şöbəsindən çıxardılar. İndi saat 11-ə işləyib, hələ də məni içəri buraxmırlar”, deyə vəkil qeyd edib.

Qazax rayon Polis Şöbəsinin növbətçi hissəsindən Kamran Mahmudovun polisdə saxlanıldığını Turan agentliyinə təsdiq ediblər.

“Mahmudovu Dövlət Sərhəd Xidməti saxlayıb. Ona görə, də Sərhəd Xidmətindən məlumat gözləyirik. Ona sərhəddən buraxılmamaqla bağlı “stop” qoyulub”, deyə növbətçi bildirib.

Kamran Mahmudov ANS televiziyasında, “Azadlıq” radiosunda, Kanal 13 İnternet televiziyasında işləyib. Hazırda jurnalist Toplum TV internetn televiziyasında işləyir.

Daha çox göstər
Back to top button