Beynəlxalq

Serj Sarkisyan Brüsseldə Avropa Xalq Partiyasının zirvəsində iştirak edib

İşgüzar səfəri ilə Belçikada olan Prezident Serj Sarkisyan iyunun 22-də Brüsseldə Avropa Xalq Partiyasının zirvəsində iştirak edib.

Bu haqda ER Prezidentinin administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Zirvədə Avropa Şurası və Avropa Komissiyası sədrləri Donald Tusk və Jan Klod Yunker, Avropa Parlamentinin sədri Antonio Tayani, Aİ üzv və Şərqi tərəfdaşlıq ölkələrindən AXP-ya üzv partiyaları təslim edən dövlət və hökumətlər rəhbərləri iştirak ediblər.

Gündəm çərçivəsində zirvə iştirakçıları Avropa Şurası iclasının  hazırlıq işləri müzakirə ediblər. İclasda miqrasiya və bunların qarşısını alma məsələləri müzakirə olunacaq. AXP zirvəsində əsas gündəm məsələlərdən başqa Qərb Balkanlardakı vəziyyətinə də diqqət ayrılıb.

Prezident Serj Sarkisyan zirvədə çıxış edərək Ermənistanda keçirilmiş parlament seçkilərinə, qeyd olunmuş irəliləyişə, Ermənistan-Avropa İttifaqı əməkdaşlığı gündəminə, o cümlədən Cənubi Qafqaz regionunun sabitlik və təhlükəsizliyintəmin etmə məsələlərinə toxunub.

Daha çox göstər
Back to top button