Suren Karayan və Ermənistanda Litvanın səfiri iqtisadi əməkdaşlığı müzakirə edib

Ermənistan Respublikasının İqtisadi inkişaf və investisiya naziri Suren Karayan Ermənistan-Litva iqtisadi əməkdaşlığını müzakirə etmək məqsədiylə Ermənistanda Litvanın fövqəladə və səlahiyyətli səfiri cənab Erika Petrikasi qəbul etdi.
“Mən məmnuniyyətlə qeyd edə bilirəm ki, Ermənistan və Litva arasında ticarət dövriyyəsi il ilə artır, lakin ediləcək çox işimiz var. Çox şadam ki, Litvada Ermənistanın məhsullarını görürəm”- deyə səfri Petrikas qeyd etdi. Nazir Suren Karayan Litva səfiri ilə iqtisadiyyatın müxtəlif sektorlarında iki ölkənin əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“İqtisadi əməkdaşlığımızın ölkələrimiz arasında dostluq münasibətlərinə uyğun olması bizim üçün çox əhəmiyyətlidir. Bəli, hələ istifadə olunmamış çox pontensiallar var”- deyə Suren Karayan qeyd etdi.
Görüş zamanı ikitərəfli turizmin inkişafı ilə bağlı məsələlər də müzakirə edilib.