İctimaiyyət

Bakıda İsrail səfirliyi qarşısında etiraz aksiyası – Saxlanılanlar var

Polis əməkdaşları tərəfindən İsrailin Bakıdakı səfirliyi qarısında razılaşdırılmamış etiraz aksiyasının təxminən 30 iştirakçısı saxlanılıb. Bu barədə interfax.az məlumat yayıb.

“Beynəlxalq Qüds gününə həsr olunan aksiya bir qrup dindar tərəfindən təşkil olunub. Aksiyada ümumilikdə 50-ə yaxın şəxs iştirak edib. Etirazçılar “İsrailə ölüm”, “Qüdsə azadlıq” şüarlarını səsləndiriblər”, -deyə məlumatda qeyd olunub.

Saxlanılan şəxslər 27 saylı Səbail Rayon Polis İdarəsinə aparılıblar.

Beynəlxalq Qüds günü 1979-cu ildə İran İslam inqlabının lideri Ayətullah Xomeyni tərəfindən təsis olunub. Bu tarix Ramazan ayının sonuncü cümə günü qeyd edilir. Həmin gün İran və digər ölkələrdə anti-İsrail nümayiş və mitinqləri keçirilir.

Daha çox göstər
Back to top button