Siyasət

Belarusun ER-dakı səfiri DQ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ görmür

ER Parlamentinin sədri Ara Babloyan Belarusun Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İgor Nazaruki qəbul edib. Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ER Parlamentinin sədri qeyd edib ki, Ermənistan bir sivil ölkə kimi bu məsələnin həllini yalnız sülh danışıqlar yolu ilə ATƏT-in Minsk Qrupu çərçivəsində görür.

Son günlərdə təmas xəttindəki vəziyyətə və gənc hərbçilərin ölümünə dair isə, Ara Babloyan deyib: “Münaqişənin nizamlanması sadəcə danışıqlarla olmalıdır, məsələlər silahla deyil, qaləmlə həll olunmalıdır. Heç bir itki olmamalıdır”.

İgor Nazaruk qeyd edib ki, nizamlanma məsələsində ATƏT-in Minsk Qrupuna alternativ yoxdur. Belarus səfiri iki ölkə parlamentlər arasında əlaqələrin inkişafına və derinləşdirməsinə əhəmiyyət verərək beynəlxalq platformlarda bir-birinə dəstək vermənin zərurətini də qeyd edib.

Daha çox göstər
Back to top button