İctimaiyyət

Azərbaycanda səs-küy qalxır: Banklar ölmüş əsgərləri məhkəməyə verirlər

Azərbaycanda ölmüş əsgərləri və onların aillərini götürdüyü kredit üzündən məhkəməyə verən maliyyə müəssisələrinə qarşı səs-küy qalxır.

“Azərbaycan bankları şəhidlərə, əlillərə və müharibə iştirakçılarına hörmət etməyi dayandırıb. Şəxsən mən bununla daim rastlaşıram. “Para” BOKT ASC-nin Aprel şəhidi Xaliq Əzizzadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı məsələ təzəcə həll olumuşdu ki, başqa bir maliyyə qurumu digər bir şəhid ailəsini məhkəməyə verib. Bank of Baku-nun Simuzər Ağakişiyevaya qarşı iddiası üzrə məhkəmənin iclası artıq bazar ertəsi, iyunun 26-da keçiriləcək. Halbuki o, dörd uşaq anası və dul şəhid qadınıdır”. Bunu virtualaz.org-a hərbi ekspert, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant Əbuzər Əbilov deyib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra qeyri-bank kredit təşkilatı “Para” ASC-nin şəhidə qarşı iddiası geri çağırılmışdı.

Daha çox göstər
Back to top button