ER MN-nın inzibati kompleksində Ermənistan-Aİ əlaqələri ilə bağlı məsələlər müzakirə olunub

ER Müdafiə nazirinin birinci müavini Artak Zakaryan iyunun 26-da Ermənistanda Avropa ittifaqının siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin sədri Dirk Lorents ilə görüşüb.
ER Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı Ermənistan-Aİ əlaqələri ilə bağlı məsələlər müzakirə olundu. ER Müdafiə nazirinin birinci müavini Ermənistanın dövlət idarəçiliyində həyata keçirilən islahatlarına, xüsusilə də insan hüquqları və korrupsiya ilə mübarizə sahəsində Avropa ittifaqı tərəfindən göstərilən dəstəyinə əhəmiyyət verib. Artak Zakaryan ümid edib ki, ER və Aİ arasında formallaşdırılmış səmərəli əməkdaşlıq və müxtəlif sahələrdə həyata keçirilən aktiv dialoqlar davamlı olacaq.
ER Müdafiə nazirinin birinci müavini qeyd edib ki, ER Müdafiə Nazirliyi hərbi təhsil və elm sahələrində Avropa İttifaqı ilə əməkdaşlığı perspektivli hesab edir.
Dirk Lorents isə, təhlükəsizlik və müdafiə sahələrində Ermənistan Respublikası ilə əlaqələrin əkəmiyyətini qiymətləndirərək əminliklə qeyd edib ki, ilin sonunda Ermənistan və Avropa İttifaqı arasında imzalanacaq hərtərəfli tərəfdaşlıq haqqında saziş ER-Aİ arasında əməkdaşlıq keyfiyyətcə yeni səviyyəsi üçün təkan olacaq.