İctimaiyyət
Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsi:“ Azərbaycanın məhsulları qadağan deyildir”

Ermənistanda Azərbaycanın məhsulları rəsmən qadağan deyil, lakin, bir erməni olaraq mən onlara qarşıyam. Bu haqda jurnalistlərə müsahibəsində Ermınistan Respublikasının Dövlət Gəlirləri Komitəsinin sədri Vardan Harutyunyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan almalarının ölkədə olduğu üçün cavabdeh olan hər kəs “indi müvafiq yerlərdədir”.
O, Ermənistana Azərbaycanın süd tozu idxalı ilə bağlı xəbərləri təkzib etdi.
“Gömrük xidmətinin bildirdiyinə görə, belə bir şey baş verməyib. Əgər Ərzaq Təhlükəsizliyi Xidməti tam tərsini iddia edirsə, onlara müraciət edə bilərsiniz”- deyə Harutyunyan qeyd etdi.