İctimaiyyət

«The economist»: Suriya müharibəsi xristianların tarixinə son qoya bilər

Suriyada altı il sürən müharibədən əvvəl 90 min etnik erməni yaşayırdı. Onlardan üçdə ikisi isə, Hələbdə idi. İndi Suriyada 30 mindən az erməni var. The economist Suriya ermənilərinin probleminə toxunub. Mənbə xatırladır ki, ermənilər Suriyaya 1915-ci ildən sonra Osmanlı imperiyası tərəfindən törədilmiş soyqırımı nəticəsində getdilər.

Bəzilər üçün Suriya vətəndaş müharibəsi uzun sürən əsrə son qoyub. 61 yaşlı iş adamı Hrayr Agulyan öz qənaətkarlığı mebel fabrikinin tikiməsinə qoyub, lakin onu söküblər. Hazırda o, yerevanda yaşayır.

“Artıq 100 ildən çoxdur bu vəziyyətdəyik. Yaxın Şərqdə xristyanlar üçün gələcək yoxdur”,-deyə suriyalı erməni bildirib. Suriyada yaşayan ermənilərdən çoxu Livan, Kanada, Türkiyə, Fars körfəzinə gediblər. Təxminən 30 min insan vətənə gedib. İlk olaraq Ermənistana varlılar getdilər. Digərləri isə, müharibənin sonuna gözləməyə başladılar və sadəcə resurslarını bitrdikdən sonra gediblər. Onlar vətənə boş əlləri ilə gəliblər.

Sabiq xarici işlər naziri Vardan Oskanyan qeyd etmişdi ki, Ermənistana gəlmiş qaçqınlar kiçik bizneslər qurublar. Onlar ixtisaslı mütəxəssislər, zərgərlər, həkimlər, mühəndislər və sənayeçilərdir. Yerli ermənilər onların açdığı restoranlarla həyrandırlar. Qəzetdə qeyd edilir ki, 30 ailə Artsaxa daşınmışdır.

Daha çox göstər
Back to top button