İctimaiyyət

Әliyevlәrin xarici mediya azarı nәdir?

Ölkə başçısı İlham Əliyev Rusiya Federasiyasının “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanovu qəbul edib. Son aylarda sayca 3-cü, 4-cü görüşdür bu. Sanki Rusiyanın prezidentidir, hәr ay Rusiya xalqı üçün bir müsahibә verir.

Bunu Azadliq.info yazır.

Dünyada ikinci elә bir prezident yoxdur ki, öz ölkәsinin mәtbuatına bir dәfә dә olsun müsahibә vermәsin, əvәzindә isә xarici mәtbuat nümayәndәlәrinә nә qәdәr istәdilər, müsahibәlәr versin.

Başa düşdük ki, İlham Әliyev ölkәdәki müxalif mediadan onun talançılıq siyasәtini araşdırdığı, saxtalaşdırdığı seçkilәri işıqlandırdığı üçün qisas alır. Nәyinki, onlara müsahibә vermir, hәtta onları susdura bilmәdiyi üçün şәrlәyib hәbsә atdırır. Susmadığı üçün qәtlә yetirilәn jurnalistlәr dә var. Bәs milyonlar xәrclәyib, formalaşdırdığı “cib mediyası”nı saxlamaqda mәqsәdi nәdir? Niyә bir dәfә dә olsun onlara müsahibә vermir, sualları cavablandırmır? Axı nәdәn narahatdır? Lap istәsә sualları da özü seçәr. Heç olmasa görüntü naminә dә bunu etmirsә, sәbәb nәdir?

Daha çox göstər
Back to top button