Siyasət

AR Parlamentində Avigdor Eskinini qəbul ediblər

İyunun 27-də Artsax Respublikası Parlamentində israilli məşhur politoloq Avigdor Eskinini qəbul ediblər.

Artsax Respublikası Parlamentinin mətbuat xidməti məlumat verir ki, qonaq erməni xalqı ilə öz dostluq əlaqələrinə əhəmiyyət verərək qeyd edib ki, Artsaxı daha yaxından tanımaq, artsaxlıları daha yaxşı anlamaq və təəssüratlarını öz həmvətənliləri ilə paylaşmaq üçün gəlib.

“Mən buraya bir şeylər anlatmaq üçün deyil, öyrənmək üçün gəldim. Bəşəriyyətə bir çox məşhur adam verən erməni xalq böyük diqqət və hörmətə layiqdir”,-deyə Avigdor Eskini bildirib.

Parlamentlilərin suallarına cavab verərək politoloq Artsax münaqişəsi ilə bağlı öz yanaşmalarına, Ermənistan-israil əlaqələrinin inkişaf prespektivlərinə, yəhudi immiqrasiyasının uğurlu təcrübəsini Ermənistan və Artsaxda tətbiq etmə zərurətliyinə və bir neçə başqa mövzulara toxunub.

Qonağı Erməni-Rus İnstitutunun Dünya Siyasəti və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, fövqəladə və səlahiyyətli səfir Arman Navasardyan müşayiət edib.

Daha çox göstər
Back to top button