Siyasət

Koreya Respublikası Parlamentinin sədri Ermənistan ilə əməkdaşlığa əhəmiyyət verib

ER Parlamentinin sədri Ara Babloyan Seulda Koreya Respublikası Parlamentinin sədri Çon Se Kyun ilə görüşüşb. ER Parlamentinin sədri qeyd edib ki, “Koreya Respublikası Şərqi Asiya regionunda Ermənistanın əhəmiyyətli əməkdaşlarından biridir. Bu il biz Ermənistan və Koreya arasında diplomatik əlaqələrinin 25-ci il dönümünü qeyd edirik. Çox şadam ki, keçmişdə Ermənistan-Koreya dövlətlərarası əlaqələrinin inkişafı dostluq mühitində sürərək qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün güclü zəmin yaradıb.

ER Parlamentinin sədri Koreya beynəlxalq əməkdaşlıq şirkəti tərəfindən Ermənistanda həyata keçirilən layihələrin səmərəliyini yüksək qiymətləndirərək ümid edib ki, şirkət ilə əməkdaşlıq davamlı olacaq.

Koreya Respublikası Parlamentinin sədri Çon SE Kyun ER Parlamentinin sədrinin Koreyaya etdiyi səfərini alqışlayaraq Koreya və Ermənistan arasında diplomatik əlaqələri qurmaqdan etibarən olan əməkdaşlığına əhəmiyyət verib. Çon Se Kyun iki ölkə parlamentləri arasında olan əlaqələrinə və dostluq qruplarının fəaliyyətlərinə toxunaraq ümid edib ki, yeni parlamentində formallaşdırılmış qrup da aktiv şəkildə koreyalı həmkarları ilə əməkdaşlıq edərək mədəniyyət, təhsil, iqtisadi sahələrdə əməkdaşlığın inkişafı və dərinləşdirilməsinə töhfə verəcək.

Daha çox göstər
Back to top button