BaşlıcaBeynəlxalq

Naira Zohrabyan: “ AŞ PA müzakirələri zamanı illər boyu gizlədilmiş Azərbaycan lobbinqiylə məşğul olan vəzifəliləri aşkar etdilər”

Bir neçə gündə Avropa Şurası Parlament Assambleyasının hazırkı rəhbəri Pedro Arqamuntun istefa etmək prosessi başa çatmaq üzrədir.

Bu haqda “Armenpres” ilə söhbətində AŞ PA erməni nümayəndəliyinin üzvü, ER Milli parlament deputatı Naira Zohrabyan bəyan edib.

“Bu gün səhər Qanunnamə komissiyasının rəhbəri Lilian Mori Paskenin hesabatı düzəlişlər olmadan 154 leh, 30 əleh səslərlə qəbul edildi.Məncə,bu müzakirələr bir başa olaraq onları aşkar etdilər, kimlər ki, illər boyu Azərbaycanın lobbinqini gizli şəkildə həyata keçirməyi bacarıblar.

Azərbaycan nümayəndəliyinin rəhəbəri həmçinin öz emosiyalarını cilovlaya bilməyərək haray-həşir edərək Arqamuntu müdafiə etməyə başladı və dünən axşam demək olar ki, ispaniyaya qaçmalı oldu.

Azərbaycan nümayəndəliyinin rəhbəri çığır-bağır edirdi ki, bu dəyişiklikdə erməni tərəfinin marağı var, bəli, lakin bu yalnız Arqamuntun məsələsi deyil, həm də o vəzifəlilərin kimlər ki, illər uzunu korrupsiya prosesslərində cəlb olunmuşlar və Avropa dəyərlərini tapdalamaqla AŞ PA-nı açıq auksiona çeviriblər”-deyərək Naira Zohrabyan bəyan edib.

Daha çox göstər
Back to top button