Siyasət

2016-cı ildə Ermənistan Avropa İttifaqından 27.5 mln avro alıb

2016-cı ildə Ermənistan dövlət büdcəsinə Avropa ittifaqından təxminən 27.5 mln avro verilib. Bu haqda iyunun 29-da ER Xİ nazirin müavini Şavarş Koçaryan 2016-cı il dövlət büdcəsinə dair müzakirələrində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, sadəcə texniki yardım deyil, siyasi gündəm də aktivdir. Ermənistan-Avropa İttifaqı arasında yeni çərçivə sazişlə bağlı danışıqlar aparılıb və 2017-ci il əvvəllərində başa çatıblar. 2016-cı il ərzində Avropadan Yerevana bir neçə yüksək səviyyəli nümayəndə heyətləri, o cümlədən Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federika Mogerini gəlib.

2017-ci il yanvar ayında Ermənistan COSME layihənin iştirakçısı olub. Bu isə, kiçik və orta biznesin rəqabətini artırmağa yardım edəcək. Ermənistan Avropanın bir digər önəmli olan Horizon-2020 layihəsinə də qatılır. O isə, elmi inkişaflar və layihələrinə dəstək verir.

Sonunda, 2017-ci il əvvəllərində Yerevan və Brüssel birgə avia yolu ilə bağlı danışıqlara başlayıblar. “Danışıqlar uğurla davam edilirlər”,-deyə Koçaryan qeyd edib.

Daha çox göstər
Back to top button