İctimaiyyət

Azərbaycanda hər üçüncü şəxs kredit köləsidir

Rəsmi məlumata görə, hazırda Azərbaycanda 2,4 mln banka borcu olan şəxs və təxminən 1,1 mln zamin qeydə alınıb. Bir halda ki, qanuna əsasən, borc alanın zamini də kredit borcunun ödənilməsinə görə məsuliyət daşıyır, onda demək olar ki, ölkədə 3,5 mln adam bankların borclu siyahısındadır və faktiki olaraq potensial “kredit məhbusu”durlar.

Əgər məktəbəqədər yaşda olan uşaqları çıxsaq, onda belə çıxır ki, məktəblilər, tələbələr, əlillər də daxil ölkənin hər üç vətəndaşından biri banklardan götürülən kreditlərin ödənməsi ilə bağlı çətinlik çəkir və ağır kredit əsarətindədirlər.

Daha çox göstər
Back to top button