İctimaiyyət

‘Dedovşina’ şikayətləri Avropa Məhkəməsində

«Dedovşina» şikayətlərinin Avropa İnsan Hüquqları Məhkəməsinə yol açması, qarpızdan təhlükəli zəhərlənmələr, dünyada qaçqın və köçkün problemləri bu gün medianın aparıcı mövzularındandır…

«DEDOVŞİNA»

«Exo» qəzetində ««Dedovşina» Avropa Məhkəməsinin hədəfində» sərlövhəli məqalə oxumaq olar.

Müəllif əvvəlcə «dedovşina» sözünə aydınlıq gətirir. Yazıda bildirilir ki, bu sovet rejimindən qalan bəladır. Hərbi müddəti başa vurmaqda olan əsgərlərin yeni gələn əsgərlər üzərində «öz hökmünü» icra etməsidir.

Müəllif vurğulayır ki, bəzən hərbi xidmətdə bu qeyri-nizamnamə münasibətləri ölümlərlə belə başa çatır.

Müəllif orduda olan belə ölüm hallarını hüquq-müdafiəçisi Eldar Zeynalovla müzakirə edir. Üstəlik, E.Zeynalov ayrı-ayrı əsgərlərin ölümlərinə səbəb olan hallar barədə Avropa İnsan Hüquqları Məhkəməsindəki proseslər barədə bilgilər verir.

E.Zeynalov deyib ki, çox zaman bu məsələlərin üstü açılmır, bu ölümlər intiharlar, «ailə problemləri» və «uğursuz sevgi» kimi izah edilir.

Hüquq müdafiəçisi vurğulayıb ki, bu məsələ Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) də gedib çıxıb.

E.Zeynalov deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu işlərin biri ilə bağlı istintaqın keyfiyyətli aparılmadığını hesab edərək, şikayətçi tərəfə mənəvi ziyana görə 15 min avro təzminat verilməsi haqqında qərarı çıxarıb.

Hüquq müdafiəçisi bildirir ki, 2015-ci ildə BMT-nin İşgəncələr Əleyhinə Komitəsi Azərbaycana dair hesabatında da orduda «dedovşina» və intiharlar məsələsinə toxunub:

«Komitə hesab edir ki, qeyri-döyüş şəraitində baş verən hər bir ölüm halı tez, səmərəli araşdırılmalı, günahkarlar cəzalandırılmalı və gələcəkdə belə insidentlərin baş verməsinin qarşısı alınmalıdır».

azadliq.org

Daha çox göstər
Back to top button