Edvard Nalbandyan Yaponiya Xarici İşlər nazirinin müavinini qəbul edib

ER Xarici İşlər naziri Edvard Nalbandyan iyunun 29-da Ermənistana gələn Yaponiya parlamentinin Xarici işlər nazirinin müavini Motome Takisavanı qəbul edib.
Motome Takisava qeyd edib ki, Yaponiya hakimiyyətləri demokratiya, insan hüquqları və qanunun aliliyi dəyərlərini paylaşan Ermənistan ilə dostluq əlaqələrini yüksək qiymətləndirir və bunların bu əlaqələrinin daha da genişləndirilməsini istəyir.
Görüşdə Ermənistan-Yaponiya iqtisadi, turizm və təbii fəlakətlərin qarşısını alma və infrastrukturlar sahələrində əməkdaşlığın aktivləşdirməsinə də toxunulub. Edvard Nalbandyan müstəqillik əldə etdikdən sonra Ermənistanın inkişafı üçün Yaponiyanın göstərdiyi davamlı dəstək üçün minnətdarlığını bildirdi.
Nazir Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində Ermənistan və ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən göstərilən səyləri təqdim edərək bu məsələdə Yaponiyanın da balanslaşdırılmış mövqeyi üçün məmnuniyyətini ifadə edib.