BaşlıcaEkonomika

Erməni və gürcü biznesmenləri əməkdaşlıq imkanlarını müzakirə edir

120 erməni və 40 gürcü şirkəti Ermənistanda iclaslar, B2B görüşlər keçirir. Erməni-gürcü biznes forumunda iki ölkənin nazirləri, ticarət- sənayə palatalarının sədrləri, başqa rəsmilər və biznesmenlər iştirak edib.

Ermənistan ticarət-sənayə palatasının sədri Martin Sarkisyanın sözlərinə görə, biznes forumunda biznesmenlər üçün əməkdaşlıq məsələlərini müzakirə etməyə imkan yaradılacaq.

“Syuniq azad iqtisadi zonasının imkanlarını təqdim edəcəyik. Gürcü əməkdaşlarımız burada investisiya edərək İran və AİB bazarlarına girə biləcək. İkitərəfli turistik imkanlarına əhəmiyyət veririk”, – deyə Sarkisyan əlavə edib ki, iki ölkə müxtəlif bazarlarda qida sənayəsi sahəsində birgə şəkildə çıxış edə biləcək.

Onun sözlərinə görə, yüksək texnologiyalar sahəsində Ermənistan Gürcüstandan bir neçə əvvəldir və biz bu sahədə gürcüləri kömək edə bilək.

Gürcüstan Ekonomika və sabit inkişaf naziri Giorgi Gaxaria umidvar olduğunu bildirib ki, bu cür görüşlər daha çox və məhsuldar olacaq. “Bu gün çox müzakirələrimiz olub və əmin olduq ki, iki ölkə arasında heç bir siyasi problem yoxdur. Biz əməkdaşıq, qonşuyuq. İndi bütün potensialımızı iqitsadi münasibətlərin daha dərinləşdirilməsi üçün isitifadə etməliyik”,- deyə nazir qeyd edib.

 

Daha çox göstər
Back to top button