Laricani Ermənistan-Iran arasında elektrik stansiyasının tikintisini sürətləndirməyə çağırıb

İran Milli Məclisinin spikeri Ali Laricani Seulda Ermənistan Respublikasının Parlamentinin sədri Ara Babloyan ilə görüş zamanı enerji, tranzit və nəqliyyat sektorunda Ermənistan ilə əməkdaşlığın gücləndirilməsində İranın hazır olduğunu bildirib.
Milli Məclisin spikeri iki ölkə arasında elektrik stansiyasının tikintisi ilə bağlı memorandumun həyata kerçirilməsini sürətləndirməyə çağırıb.
O, Ermənistan,Türkiyə, Azərbaycan və İran əraziləri ilə axan Araz çayının təmizlənməsi ilə bağlı razılaşmanın həyata keçirilməsi məqsədi ilə işçi qrup yaratmağa çağırıb.
Mənbənin bildirdiyinıə görə, Ara Babloyan öz növbəsində Araz çayı haqqında sazişinə böyük əhəmiyyət verib. O, qeyd etdi ki, Ermənistan-İran parlament qrupunun yaradılması iki ölkə arasında əməkdaşlığını daha da gücləndirəcək.