
Ermənistan korupsiyaya qarşı mübarizədə yeni və olduqca təsirli vasitələrdən isifadə edir.
Bu haqda iyunun 29-da hökumət iclasındakı çıxışında ER Prezidenti Serj Sarkisyan bəyan edib.
Onun sözlərinə görə, şəffaflıq məqsədsiz deyildir. Bu həmçinin özünü təqdim etmək vasitəsi deyildir.
“Şəffaflığın əsas məqsədi korupsiyaya və şikayətlərə son qoymaqdır. Dövlət xərcləri, alışları sistemi tamamilə nəzarət altında olmalıdır. İndi korupsiyaya qarşı mübarizədə biz yeni və olduqca təsirli vasitələrdən istifadə etməyə başlayırıq. Bu vasitələr isə məqsdəli çalışmalarımız ilə birləşdiriləcək”, – deyə Sarkisyan vurğulayıb.