Siyasət

Almaniya Avropa Birliyini Əliyev rejimi ilə sərt olmağa çağırdı

“Azərbaycanla imzalanacaq sənədlərdə demokratiya və insan hüquqları məsələsinə böyük önəm verilməlidir”.

Almaniya parlamenti (Bundestaq) iyunun 29-da Avropa Birliyinin Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı qətnamə qəbul edib. Sənəd kansler Angela Merkelin rəhbəri olduğu koalisiya və Almaniya Sosial Demokrat Partiyasının təşəbbüsü ilə müzakirəyə çıxarılıb.

Qətnamədə qeyd olunur ki, mehriban qonşuluq konsepsiyası Avropa Birliyinin xarici siyasətinin əvəzedilməz aləti olaraq qalır və Bundestaq tərəfdaş ölkələrə islahatların davam etdirilməsini vacib sayır.

Daha çox göstər
Back to top button