Siyasət
Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulda görüşə bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulda görüşü keçirilə bilər.
Bu haqda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iyunun 30-da ER Parlamentində jurnalistlər ilə söhbətində bildirib.
“Ehtimal var ki, yaxın vaxtda xarici işlər nazirləri səviyyəsində görüş keçirilə bilər. Çox güman ki, görüş iyulda olacaq“, – deyə nazir qeyd edib.
Xatırladaq ki, görüş haqqında daha əvvəl Estoniyanın Xİ naziri Sven Mikser ilə birgə mətbuat konfransında bildirilmişdi.