İctimaiyyət

Azərbaycanda insanları niyə taqətdən düşənə qədər işlədirlər?

Ölkənin hər üç sakinindən biri həftədə 50 saatdan çox çalışır.

Bu haqda Azadliq.info yaz;r.

Qapı qonşum – Bakıya qazanc dalınca gəlmiş gəncəli İlyas Səmədov istirahət günləri nə olduğunu bilmir. Onun rəngsaz kimi çalışdığı tikinti sahəsinin iş icraçısı hər gün işə çıxmağı tələb edir. Üstəlik, iş günü də normaya salınmamış olaraq, gecə yarısına kimi davam edir. Heç bir dilətutma və Əmək Məcəlləsinə istinadlar ona təsir göstərmir.

Rəisin öz dəlili var: obyekti ilin sonunadək təhvil vermək lazımdır, istəmirsən, get özünə başqa iş tap, əgər tapa bilsən. Ona görə də onlarla işçi gündə on saat işləyərək, susur.

“Əlbəttə, Həmkarlar Ittifaqları Konfederasiyasına və ya dövlət qurumlarına şikayət yazmaq olar, amma bu, kömək edəcəkmi? Gələcəklər, iş icraçısını cərimələyəcəklər, sonra hər şey elə əvvəlki məcrada davam edəcək. Səni isə maddə üzrə qovacaqlar. Bütün ölkə üzrə tikinti obyektlərində belə qarma-qarışıqlıq və qanunsuzluq hökm sürür”, – deyə İlyas kollektiv şikayət yazmaq təklifimə fikrini bildirdi.

Doğrudanmı, bütün tikinti obyektlərində vəziyyət bu cürdür? İstifadıçilərə təklif edildikdə, bu mövzu sosial şəbəkələrdə böyük bir rəy dalğası qaldırdı, onlar ölkəmizdə vətəndaşların əmək hüquqlarının qorunması sahəsində vəziyyəti təsvir etdilər.

“Azərbaycanda inşaatçılar çox vaxt dözülməz şəraitdə işləyirlər. Onlar səkkiz saat yox, hətta qaranlıq düşənəcən çalışırlar. İstirahət günləri yoxdur. Onlar hətta tikinti sahəsində – taxtadan qayrılmış və heç bir şəraiti olmayan kiçik vaqonlarda – yaşayırlar. Onlara sahibkar nə qədər istəsə, o qədər də əmək haqqı verirlər, bəzən isə heç vermirlər,” – bunu müəllim işləyən Kamil Babazadə yazıb.

Daha çox göstər
Back to top button